Paltaryuyan təmiri
Paltaryuyan su yığmır, boşaltmır, sıxmır və ya qapısı açılmır? Ustamız səbəbi tapır və nasazlığı yerində aradan qaldırır.
Servisimizin üstünlükləri
Təmir ediyimiz avadanlıqlara 6 aya-dək yazılı zəmanət təqdim edirik
İstilik, soyutma və məişət texnikası üzrə 12 illik peşəkar servis təcrübəsi
Təcrübəli ustalarımız ilə həftənin 7 günü xidmətinizdəyik
Paltaryuyan su yığmırsa, suyu boşaltmırsa, sıxmırsa, qapısı açılmırsa, su sızdırırsa və ya yuma zamanı güclü səs və titrəyiş yaradırsa, peşəkar paltaryuyan ustasına müraciət etmək vaxtıdır. SmartService həftənin bütün günləri Bakıda bütün markaların paltaryuyan maşınlarının təmirini həyata keçirir. Ustamız ünvana gəlir, nasazlığı yerində diaqnostika edir və sizə məlumat verir. Mürəkkəb hallarda cihaz servis mərkəzimizdə təmir olunur.
Paltaryuyan təmiri zamanı aradan qaldırılan nasazlıqlar
Ana kart (plata) problemləri
Qısaqapanma və elektrik gərginliyinin dəyişməsi nəticəsində paltaryuyanın platası zədələnə və ya sıradan çıxa bilər. Zədələnmiş plata qısa müddətdə təmir edilir, test olunur və yerinə quraşdırılır. Bərpası mümkün olmayan plata yenisi ilə əvəz edilir.
Suyun boşaldılmaması və pompa nasazlığı
Paltaryuyan suyu boşaltmırsa, səbəb adətən pompanın, filtrin və ya drenaj şlanqının tıxanmasıdır. Ustamız filtri və xətti təmizləyir, pompanı yoxlayır və lazım olduqda dəyişdirir.
Suyun yığılmaması və su giriş klapanı
Maşın su yığmırsa və ya çox yavaş yığırsa, su giriş klapanı, su səviyyəsi datçiki və plata yoxlanılır, nasaz hissə dəyişdirilir.
Ərplənmə və qızdırıcının (TEN-in) dəyişdirilməsi
Ərp qızdırıcının sıradan çıxmasına səbəb olur və maşın suyu qızdırmır. Ustamız ərpi təmizləyir, lazım olduqda TEN-i dəyişdirir.
Baraban, podşipnik və amortizator problemləri
Sıxma rejimində güclü səs və titrəyiş adətən podşipnik, salnik, amortizator və ya remen nasazlığından xəbər verir. Vaxtında təmir edilməsə, barabanın sıradan çıxmasına səbəb ola bilər.
Qapının açılmaması və su sızması
Qapı kilidinin və ya qapı rezininin (manjetin) nasazlığı qapının açılmamasına və ya su sızmasına səbəb olur. Nasaz hissə vaxtında dəyişdirilir ki, həm evinizə, həm də aşağı mərtəbədəki qonşulara ziyan dəyməsin.
Niyə paltaryuyan ustamızı seçməlisiniz?
- Həftənin 7 günü xidmət
- Yerində diaqnostika
- Bütün markalar üzrə təcrübəli ustalarımız
- Orijinal ehtiyat hissələri
- Görülən işə zəmanət
Paltaryuyanınız nasazdırsa, elə indi zəng edin: 050 303 90 08
Tez-tez verilən suallar
Paltaryuyan təmirinin qiyməti nə qədərdir?
Qiymət nasazlığın növündən və dəyişdirilən hissədən asılıdır. Ustamız yerində diaqnostika apararaq dəqiq qiyməti əvvəlcədən bildirir və razılığınızdan sonra təmirə başlayır.
Paltaryuyan təmiri nə qədər vaxt aparır?
Sadə nasazlıqlar çox vaxt ustamızın ilk gəlişində, yerində aradan qaldırılır. Ehtiyat hissəsi sifariş etmək və ya cihazı servis mərkəzinə aparmaq lazım olarsa, müddət uzana bilər.
Paltaryuyan su yığmırsa və ya suyu boşaltmırsa nə etməli?
Əvvəlcə su kranının açıq olduğunu, filtrin və drenaj şlanqının tıxanmadığını yoxlayın. Problem aradan qalxmırsa, cihazı zorlamayın və ustamızı çağırın. Səbəb su giriş klapanı, pompa və ya plata ola bilər.
Paltaryuyan sıxma zamanı niyə güclü səs çıxarır və titrəyir?
Bunun səbəbi adətən aşınmış podşipniklər, amortizatorlar və ya qeyri-bərabər quraşdırılmadır. Vaxtında təmir edilməsə, baraban zədələnə bilər, ona görə ustamıza müraciət etməyi tövsiyə edirik.
Təmirə zəmanət verilirmi?
Bəli, görülən işə və dəyişdirilən ehtiyat hissələrinə zəmanət verilir. Orijinal ehtiyat hissələrindən istifadə edirik və zəmanət şərtləri ustamız tərəfindən işdən əvvəl izah olunur.
Diaqnostika ödənişlidirmi?
Ustamız nasazlığın səbəbini yerində müəyyən edir. Təmir bizim servisimiz tərəfindən aparılarsa, diaqnostika üçün ayrıca ödəniş tutulmur. Əgər təmirdən imtina edilərsə, 20 AZN xidmət haqqı tələb olunur.
Ehtiyyat hissələri
Gördüyümüz işlər
Paltaryuyan ustası lazımdır?
Problemi WhatsApp-dan yazın — operatorumuz sorğunuzu cavablandırıb texnikanızın təmiri üçün təcrübəli ustamıza yönləndirəcək.