#
Kataloq #
Məişət texnikaları
Məişət texnikaları
İqlim texnikaları
İqlim texnikaları
Ehtiyyat Hissələri
Ehtiyyat Hissələri
Digər məhsullar
Digər məhsullar

Şərtlərimiz

Çatdırılma, Dəyişdirilmə və Geri Qaytarılma Şərtləri

Çatdırılma Şərtləri

  1. Sifariş edilmiş məhsullar 2–3 iş günü ərzində müştəriyə çatdırılır.

  2. Məhsulun çatdırılmasında hər hansı səbəbdən gecikmə yaranarsa, müştəri əvvəlcədən məlumatlandırılır.

  3. Çatdırılma həftənin 7 günü saat 09:00-dan 19:00-dək həyata keçirilir.

  4. Çatdırılma xidməti ödənişsizdir.

Məhsulun Dəyişdirilməsi Şərtləri

  1. Müştəriyə göndərilən məhsulun ölçüsü uyğun olmadıqda (böyük və ya kiçik olduqda), məhsul uyğun ölçü ilə əvəz edilir.

  2. Dəyişdirilmə yalnız ilkin sifariş edilmiş məhsulun eyni modeli ilə mümkündür.

  3. Ölçü ilə bağlı dəyişdirilmə tələb olunduqda, müraciət qeydə alınır və yeni məhsulun təqdim edilməsi 14–25 gün ərzində həyata keçirilir.

Qeyd

Qeyd 1: Smart Service müştəriyə məhsulu yalnız bir dəfə dəyişdirmək imkanı təqdim edir. Dəyişdirilmədən sonra yaranan uyğunsuzluqlara görə şirkət məsuliyyət daşımır.

Qeyd 2: Smart Service məhsulun dəyişdirilməsi və ya geri qaytarılması prosesinin tarix və vaxtını müəyyən etmək hüququnu özündə saxlayır.

Məhsulun Geri Qaytarılması Şərtləri

Aşağıdakı hallarda məhsul geri qaytarıla bilər:

  1. Məhsul təhvil verilərkən hər hansı istehsal qüsuru aşkar edildikdə;

  2. Müştəriyə təqdim edilən məhsul ilə təhvil verilən məhsul arasında görünüş və ya model fərqi olduqda.

Məhsulun Geri Qaytarılmasının Mümkün Olmadığı Hallar

Aşağıdakı hallarda məhsul geri qaytarıla bilməz:

  1. Məhsul istifadə edildikdən sonra;Təqdim edilən məhsul sifariş olunan məhsulla eyni olduğu halda, müştərinin məhsulun ona uyğun olmadığını əsas gətirməsi;

  2. Məhsulda nasazlıq olduğu barədə müəyyən edilmiş müddət ərzində operatora məlumat verilmədikdə;

  3. Məhsulun yalnız ölçüsünün uyğun olmaması səbəbindən. Bu halda məhsul geri qaytarılmır, yalnız dəyişdirilə bilər;

  4. İstifadə qaydalarına əməl edilməməsi nəticəsində məhsulda problem yarandıqda;

  5. Məhsulun alıcıya çatdırıldığını təsdiq edən qəbz (çek) təqdim edilmədikdə.

Əlavə Şərtlər

  1. Məhsulun geri qaytarılması prosesi 1–3 iş günü çəkə bilər.

  2. Bir neçə məhsuldan ibarət sifarişdə yalnız qüsurlu məhsul geri qaytarıla və ya dəyişdirilə bilər. Bütün sifarişin qaytarılması mümkün deyil.

  3. Müştəri məhsulda qüsur olduğunu iddia edərək sonradan sifarişi tam ləğv edə bilməz. Bu halda yalnız məhsulun dəyişdirilməsi hüququndan istifadə edə bilər.

  4. Məhsulun dəyişdirilməsi və ya geri qaytarılması məhsulun təhvil verildiyi gün də daxil olmaqla, maksimum 14 təqvim günü ərzində həyata keçirilə bilər.

Kateqoriyalar