Qazanxana təmiri

Qazanxana avadanlığında nasazlıq, təzyiq problemi və ya sistemin dayanması hallarında nasazlığı aşkar edir, təmir və ehtiyat hissələrinin dəyişdirilməsini təmin edirik.

Qazanxana təmiri

Servisimizin üstünlükləri

Zəmanətli xidmət Zəmanətli xidmət

Təmir ediyimiz avadanlıqlara 6 aya-dək yazılı zəmanət təqdim edirik

12 illik təcrübə 12 illik təcrübə

İstilik, soyutma və məişət texnikası üzrə 12 illik peşəkar servis təcrübəsi

Peşəkar Ustalar Peşəkar Ustalar

Təcrübəli ustalarımız ilə həftənin 7 günü xidmətinizdəyik

Smartservice yüksək keyfiyyətdə qazanxanaların quraşdırılması və servisi xidmətini həyata keçirir. Mövcud qazanxana sistemlərinin düzgün vəziyyətdə işləməsi, təhlükəsizliyi və səmərəliliyini təmin etmək üçün servis mərkəzimizə müraciət edə bilərsiniz. Peşəkar ustalarımız problemi tez bir zamanda aşkar edərək texnikanızın düzgün işləməsini təmin edəcəkdir.

Qazanxana təmiri və servisi – peşəkar yanaşma

Qazanxana (kombi qazanı) evin və ya ofisin istilik sisteminin ürəyidir. İstilik və isti su təminatı birbaşa onun düzgün işləməsindən asılıdır. Qazanxanada yaranan kiçik nasazlıq vaxtında aradan qaldırılmadıqda qaz sərfinin artmasına, radiatorların zəif qızmasına, isti suyun kəsilməsinə və ciddi təhlükəsizlik risklərinə səbəb ola bilər. Buna görə qazanxana təmiri və servisi mütləq təcrübəli qazanxana ustası tərəfindən aparılmalıdır.

Qazanxanada ən çox rast gəlinən nasazlıqlar

  • Qazanxana yanmır, alov alışmır və ya tez-tez sönür;
  • Ekranda xəta kodu görünür (E01, F28, F75 və s.);
  • Sistemdə təzyiq düşür və ya həddən artıq yüksəlir;
  • Radiatorlar zəif qızır və ya ümumiyyətlə qızmır;
  • İsti su gəlmir, temperatur dəyişkən olur;
  • Qazanxanadan səs-küy, şaqqıltı və ya vızıltı gəlir;
  • Qazanxanadan və ya borulardan su sızır;
  • Qaz sərfi əvvəlkindən xeyli artıb.

Qazanxana təmiri xidmətlərimiz

  • Kompüter və vizual diaqnostika – nasazlığın səbəbinin dəqiq müəyyən edilməsi;
  • Ehtiyat hissələrinin dəyişdirilməsi – nasos (sirkulyasiya nasosu), qaz klapanı, elektron idarəetmə platası, datçiklər, ventilyator, üçyollu klapan, genişləndirici bak və istilik dəyişdiricisi;
  • İstilik dəyişdiricisinin təmizlənməsi – kirəc (nakip) və çöküntülərin kimyəvi yuyulması;
  • Təzyiq və sızma problemlərinin aradan qaldırılması;
  • Yandırıcının (gorelka) təmizlənməsi və tənzimlənməsi;
  • Xəta kodlarının aradan qaldırılması və elektron sistemin bərpası.

Qazanxana servisi və profilaktik baxım

Qazanxananın ildə bir dəfə, istilik mövsümündən əvvəl profilaktik servisdən keçirilməsi tövsiyə olunur. Müntəzəm servis qazanxananın ömrünü uzadır, qaz sərfini azaldır və gözlənilməz nasazlıqların qarşısını alır. Profilaktik servis zamanı:

  • İstilik dəyişdiricisi və yandırıcı təmizlənir;
  • Filtrlər yoxlanılır və təmizlənir;
  • Sistem təzyiqi və genişləndirici bakın təzyiqi tənzimlənir;
  • Qaz kəmərinin və birləşmələrin hermetikliyi yoxlanılır;
  • Baca və tüstü çıxışı sistemi yoxlanılır;
  • Təhlükəsizlik sistemlərinin və datçiklərin işləkliyi test edilir.

İstilik sistemlərinin quraşdırılması və təmiri

Smartservice yalnız qazanxana təmiri ilə deyil, bütövlükdə istilik sistemləri ilə bağlı xidmətlər göstərir: radiatorların və isti döşəmə sisteminin quraşdırılması, istilik sisteminin yuyulması, boru xətlərinin təmiri, radiator və kollektorlardakı havanın çıxarılması, sistemin balanslaşdırılması. Düzgün layihələndirilmiş və vaxtında servis edilən istilik sistemi evinizdə bərabər istilik paylanmasını və enerji qənaətini təmin edir.

Xidmət göstərdiyimiz qazanxana markaları

Ustalarımız Immergas, Baxi, Viessmann, Buderus, Bosch, Ariston, Alarko, Baymak, Thermona, Rima, Ecodense, Gassero, Biss, Maktek və digər markaların divar və döşəmə tipli qazanxanalarının təmiri və servisi üzrə təcrübəyə malikdir.

Niyə Smartservice?

  • Təcrübəli və peşəkar qazanxana ustaları;
  • Ünvana tez gəliş və dəqiq diaqnostika;
  • İşə başlamazdan əvvəl qiymətin razılaşdırılması;
  • Keyfiyyətli və orijinal ehtiyat hissələri;
  • Görülən işə zəmanət.

Qazanxananızda problem yaranıbsa və ya mövsümdən əvvəl servis etdirmək istəyirsinizsə, Smartservice ilə əlaqə saxlayın – qazanxana ustamız qısa zamanda ünvanınıza gələrək problemi həll edəcək.

Qazanxana təmiri

Tez-tez verilən suallar

Qazanxana təmiri nə qədər vaxt aparır?

Təmir müddəti nasazlığın növündən asılıdır. Sadə nasazlıqlar (təmizləmə, datçik, nasos və ya qaz klapanının dəyişdirilməsi) adətən eyni gün ərzində aradan qaldırılır. Mürəkkəb nasazlıqlar və ehtiyat hissənin sifarişi tələb olunan hallarda müddət uzana bilər. Usta ilkin diaqnostikadan sonra dəqiq vaxtı əvvəlcədən bildirir.

Qazanxana təmiri üçün usta çağıranda nə qədər ödəniş olunur?

Qiymət nasazlığın xarakterinə, qazanın markasına və lazım olan ehtiyat hissələrə görə dəyişir. Ustanın gəlişi və diaqnostika zamanı problem müəyyən edilir, işə başlamazdan əvvəl təmirin dəyəri sizinlə razılaşdırılır. Dəqiq qiymət üçün bizə zəng edin və ya sorğu göndərin.

Hansı marka qazanxanalara xidmət göstərirsiniz?

Biz Immergas, Baxi, Viessmann, Buderus, Bosch, Ariston, Alarko, Thermona, Rima, Ecodense, Gassero, Biss, Maktek və digər məşhur markaların qazanxanalarının təmiri, quraşdırılması və servisini həyata keçiririk. Markanızın siyahıda olmadığını düşünürsünüzsə, bizimlə əlaqə saxlayın.

Qazanxana yanmır və ya xəta kodu göstərir, nə etməliyəm?

Əvvəlcə qaz və elektrik təchizatının, sistem təzyiqinin (adətən 1–1,5 bar) normal olduğunu yoxlayın. Problem qalırsa, qazanı özünüz sökməyin və xəta kodunu qeyd edib ustanı çağırın. Qaz avadanlığı ilə müstəqil müdaxilə təhlükəlidir. Qaz iyi hiss etsəniz, qazı bağlayın, otağı havalandırın və 104 qaz xidmətinə zəng edin.

Qazanxananın profilaktik servisi nə üçün lazımdır və nə vaxt edilməlidir?

Profilaktik servis qazanın səmərəliliyini artırır, qaz sərfini azaldır, ani nasazlıqların və təhlükəli vəziyyətlərin qarşısını alır, avadanlığın ömrünü uzadır. Ən yaxşısı hər il istilik mövsümündən əvvəl, yəni payızda servis keçirməkdir. Servis zamanı istilik dəyişdirici, yandırıcı, filtrlər və təhlükəsizlik sistemləri yoxlanılır.

Təmirdən sonra zəmanət verirsinizmi?

Bəli, görülən işə və dəyişdirilən ehtiyat hissələrə zəmanət verilir. Zəmanət şərtləri və müddəti işin növündən və ehtiyat hissədən asılıdır və təmirdən əvvəl sizə izah edilir.

Qazanxana ustası lazımdır?

Problemi WhatsApp-dan yazın — operatorumuz sorğunuzu cavablandırıb texnikanızın təmiri üçün təcrübəli ustamıza yönləndirəcək.

WhatsApp-a yaz
Kateqoriyalar
Təmir xidmətləri Kombi, kondisioner və məişət texnikasının zəmanətli təmiri Xidmətlərə bax