Süzgəc
Kanal Tipli Kondisionerlər
Kanal tipli kondisionerlər (kanalni kondisioner) böyük sahələrin mərkəzləşdirilmiş şəkildə soyudulması və isitilməsi üçün nəzərdə tutulmuş peşəkar iqlim sistemləridir. Bu tip kondisioner sistemləri əsasən ofislərdə, restoranlarda, hotellərdə, villalarda və iri ticarət obyektlərində geniş istifadə olunur. Kanal tipli kondisioner sistemi hava kanalları vasitəsilə bir neçə otağa eyni anda xidmət göstərərək maksimum komfort yaradır.
SmartService.az saytında AUX, Gree, Mitsubishi Electric və Mitsubishi Heavy Industries kimi məşhur brendlərin kanal tipli kondisioner modelləri təqdim olunur. Bu kanalni kondisioner modelləri yüksək enerji səmərəliliyi, güclü hava axını və uzunömürlü işləmə xüsusiyyətləri ilə seçilir.
Kanal tipli kondisioner (duct type kondisioner) sistemlərinin əsas üstünlüyü onların gizli montaj olunmasıdır. Bu sistemlər tavan daxilində quraşdırılır və hava kanalları vasitəsilə otaqlara paylanır. Beləliklə, kanalni kondisioner həm estetik görünüşü qoruyur, həm də mərkəzi kondisioner sistemi kimi bütün sahədə bərabər temperatur yaradır.