Süzgəc
Kasset Tipli Kondisionerlər
Kasset tipli kondisionerlər (kaset kondisioner) böyük və orta sahələrin mərkəzləşdirilmiş şəkildə soyudulması və isitilməsi üçün nəzərdə tutulmuş peşəkar iqlim sistemləridir. Bu tip kondisioner sistemləri əsasən ofislərdə, restoranlarda, hotellərdə, villalarda və iri ticarət obyektlərində geniş istifadə olunur. Kasset tipli kondisioner sistemi tavan daxilində yerləşdirilərək havanı 4 istiqamətdə bərabər şəkildə paylayır və maksimum komfort yaradır.
SmartService.az saytında AUX, Gree, Mitsubishi Electric və Mitsubishi Heavy Industries kimi məşhur brendlərin kasset tipli kondisioner modelləri təqdim olunur. Bu kaset kondisioner modelləri yüksək enerji səmərəliliyi, güclü hava axını və uzunömürlü işləmə xüsusiyyətləri ilə seçilir.